BAKI, 23 may. TELEQRAF
“Hazırda ümumi plan yerlərinin artdığını deyə bilərik”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfrasında deyib.
“Biz mütləq konkret olaraq ixtisas qrupuna aid müsabiqəni deyə bilərik. I qrupda plan yerləri artırılıb. Yalnız buraxılış imtahanının nəticələri bizə bəllidir.
Birinci cəhd nəticələrindən sonra deyə bilək ki, ixtisaslara keçid balı artacaq, ya yox”,- sədr qeyd edib.