BAKI, 20 may. TELEQRAF

6 may tarixindən etibarən başlanılan rus bölməsi üzrə müsahibəyə yazılma prosesi bu gün saat 18:00-da başa çatıb.

Teleqraf xəbər verir ki, rus bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçimi 17 iyul saat 11:00 tarixində başlayacaq.

Qeyd edək ki, bu günə qədər 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.