BAKI, 9 sentyabr. TELEQRAF
Bakıda keçirilən airbadminton üzrə Avropa çempionatında komanda yarışında qitənin ən güclü 2-ci komandası adını qazanan Azərbaycan millisi dünya çempionatında iştirak hüququ qazanıb.
Bu barədə Teleqraf-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Cari ilin 11-14 dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçiriləcək dünya çempionatında Avropadan Azərbaycandan başqa son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncüsü olan Bolqarıstan da iştirak edəcək.