BAKI, 20 avqust. TELEQRAF
Azərbaycanın qızlardan ibarət U-16 millisi Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.
Teleqraf xəbər verir ki, yığma komanda İsveç seçməsi ilə qarşılaşıb.
Görüş rəqibin inamlı qələbəsi ilə yekunlaşıb - 87:54.
Qeyd edək ki, Azərbaycan komandası avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq yığmaları ilə üz-üzə gələcək.