BAKI, 22 iyul. TELEQRAF

Gürcüstanın Batumi şəhərində bilyard üzrə Avropa Çempionatı keçirilib.

Azərbaycan Bilyard Federasiyasından Teleqraf-a verilən məlumata görə, yarışda 16 ölkədən 115 idmançı gücünü sınayıb.

Federasiya prezidenti və təcrübəli bilyard ustası Seymur Məmmədov çempionatda gümüş medal qazanıb.