BAKI. 8 iyun. TELEQRAF
3x3 qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa Kubokunun (2025) təsnifat mərhələsinin final oyununda Kiprlə qarşılaşıb.
Teleqraf xəbər verir ki, Azərbaycan millisi 21:18 hesabı ilə qalib gələrək, Avropa Kubokunun final mərhələsində iştirak hüququ qazanıb.
Final mərhələsi 5 - 7 sentyabrda Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.
*** 21:16
3x3 qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa Kubokunun (2025) təsnifat mərhələsinin yarımfinal oyununu keçirib.
Teleqraf xəbər verir ki, rəqib Malta seçməsi olub.
21:11 hesabı ilə qalib gələn Azərbaycan komandası finalda Kiprə rəqib olub.
Qeyd edək ki, final oyunu Bakı vaxtı ilə saat 22:15-da baş tutacaq və FIBA-nın rəsmi youtube kanalından canlı yayımlacaq.