BAKI, 14 may. TELEQRAF

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə yekun vurulub.

Teleqraf xəbər verir ki, "Sabah" və "Neftçi" komandaları bu gün final seriyasının 6-ci oyununda üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşma "bayquşlar"ın 83:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Final seriyasında hesabı 4:2 edən "Sabah" komandası Azərbaycan çempionu olub.