Türkiyənin Qaziantep şəhərində polis bölməsinin qarşısında avtomobildə partlayış törədən "canlı bomba"nın kimliyi açıqlanıb.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, polis bomba yüklü avtomobili partladan şəxsin izinə düşüb və partlayış törədənin İŞİD terror qruplaşmanın üzvü İsmayıl Günəş olduğunu müəyyənləşib. Adıçəkilən şəxsin evində xüsusi əməliyyat təşkil edən polis İŞİD üzvünün atası Süleyman Günəşi həbs edib. Polis tərəfindən saxlanılan Süleyman Günəş "Vətən bizim vətənimizdir, İslam bizim İslamımızdır" kimi şüarlar səsləndirib. Ətrafdakı sakinlər Süleyman Günəşin üzərinə hücum çəkmək istəyib, polis 30 nəfərə yaxın sakini sakitləşdirib və İsmayıl Günəşin atasını polis bölməsinə aparıb. Məlumatlara görə, İŞİD üzvü İsmayıl Günəş bir müddət öncə anasını itirib və ondan sonra psixoloji problemlər yaşayıb.
Kəmalə