BAKI, 25 may. TELEQRAF

Serbiya Prezidenti Aleksandr Vuçiç istefasından sonra ölkədə növbədənkənar parlament və prezident seçkilərinin keçiriləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı özü məlumat verib.

Dövlət başçısı bildirib ki, onun istefasından sonra ölkədə ardıcıl seçkilər keçiriləcək:

"Mən istefa verdikdən sonra biz parlament seçkilərinə keçəcəyik, 90 gündən sonra isə prezident seçkiləri keçiriləcək və bununla da hər şey bitəcək. Burada heç bir böyük fəlsəfə yoxdur".