Fransa "Şarl de Qol" aviadaşıyıcı gəmisi Suriyaya yola düşəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, gəmilər planlaşdırıldığı kimi Fars körfəzinə deyil, Aralıq dənizinin şərqinə - Livan və Suriya sərhədinə yerləşdiriləcək.

Bununla bağlı Fransa prezidenti Fransua Olland Konqresdə çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, aviadaşıyıcılar noyabrın 19-u yola düşəcək və bir neçə günə Araqlıq dənizinin şərqinə çatacaq. Aviadaşıyıcıda 26 ədəd qırıcı, 18 ədəd "Rafale" və 8 ədəd "Super-Etendard" təyyarələri olacaq.

Olland bildirib ki, Paris terrorundan sonra Fransa Suriyada İŞİD mövqelərinə daha intensiv zərbələr endirəcək.

Qeyd edək ki, ötən cümə günü İŞİD tərəfindən Parisdə törədilən terror aktlarında 132 nəfər həyatını itirib, 300 dinc sakin yaralanıb.

Samir