BAKI, 7 oktyabr. TELEQRAF
ABŞ vitse-prezidenti Cey Di Vens İranın nüvə silahı yaratmaq niyyətində olmadığını nümayiş etdirmək istəyirsə, uranın zənginləşdirilməsi imkanları ilə bağlı ciddi addımlar atmalı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Vens bunu “Reuters” agentliyinə müsahibəsində deyib.
“Əgər nüvə silahı istəmirsinizsə, onda 60 faizədək zənginləşdirilmiş yanacaq sizə nə üçün lazımdır?” – vitse-prezident bildirib.
Onun sözlərinə görə, Vaşinqton Tehranla İranın nüvə proqramını bərpa etməməsini və bunun üçün real addımlar atmasını nəzərdə tutan razılaşma əldə etməyə hazırdır.
Vens vurğulayıb ki, ABŞ İran tərəfinin yalnız vədləri müqabilində addım atmaq niyyətində deyil.
“Biz fəaliyyətə fəaliyyətlə cavab verməliyik. İranlıların nə edəcəyini görəcəyik”, – o əlavə edib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl uranın 60 faizədək zənginləşdirilməsinin dinc məqsədlər daşıdığını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun həyata keçirildiyini bildirib.