BAKI, 7 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. ABŞ liderinin Putinlə tezliklə danışacağını bildirməsi digər mənbələrdə də təsdiqlənir.

Jurnalistlər Trampdan Putinlə danışıb-danışmadığını soruşublar.

“Telefon danışığım planlaşdırılıb”, – ABŞ Prezidenti bildirib.

Söhbətin nə vaxt baş tutacağı ilə bağlı suala isə Tramp “Çox tezliklə” cavabını verib.