BAKI, 22 avqust. TELEQRAF
ABŞ və daha 40 ölkənin digər dövlətlərin raket buraxılışları barədə bir gün əvvəldən məlumat vermək çağırışları hüquqi baxımdan əsassızdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti TASS-ın sorğusuna cavab olaraq bildirib.
Departamentin cavabında bildirilib ki, ABŞ və daha 40 ölkənin dünya birliyinin digər dövlətlərini qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardan buraxılan ballistik raketlərin (SLBR) və kosmik raketdaşıyıcıların buraxılışı barədə ən azı bir gün əvvəl məlumat vermək çağrışı hüquqi baxımdan əsassız, mahiyyət etibarilə isə qarışıq tələbdir.
“Onlar Cenevrə Silahsızlanma Konfransının iştirakçılarına tam hörmətsizlik nümayiş etdirərək, onun nüfuzundan vicdansız şəkildə istifadə etməyə çalışıb, hüquqi baxımdan əsassız və mahiyyət etibarilə qarışıq tələblərini ‘bütün ölkələrə’ ünvanlayıblar”, - deyə departamentin məlumatında qeyd edib.
XİN-dən bildirilib ki, Rusiya özünü qeyd olunan müraciətin ünvanlandığı ölkələr sırasına aid etmir.