BAKI, 22 avqust. TELEQRAF

Türkiyənin qərbində yerləşən Afyonkarahisar vilayətində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 22 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə IHA agentliyi məlumat yayıb.

Qəza Sinanpaşa rayonunda yerli əhəmiyyətli yolda baş verib. “Gold İstanbul” şirkətinə məxsus avtobus hələlik müəyyən edilməyən səbəbdən yolayrıcında qoruyucu səddə çırpılaraq aşıb.

Hadisə yerinə jandarma, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Xəsarət alan 22 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıblar.