BAKI, 22 avqust. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” patrul təyyarəsi avqustun 21-də Tayvan boğazı üzərindən uçuş həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasına istinadən məlumat yayıb.
Bildirilib ki, patrul təyyarəsi uçuş zamanı beynəlxalq hava məkanında hərəkət edib.
Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Pekin adanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi hesab edir.
Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Çan daha əvvəl bildirmişdi ki, Tayvan məsələsində yanlış yanaşmalar ABŞ ilə Çin arasında birbaşa qarşıdurma, hətta münaqişə riskini artıra bilər.