BAKI, 22 avqust. TELEQRAF
Tunis sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində azı 13 nəfər itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters”ə Tunisdə miqrantların hüquqlarını müdafiə edən təşkilatın rəhbəri məlumat verib.
Bildirilib ki, itkin düşənlərin hamısı Tunis vətəndaşlarıdır. Hadisə zamanı iki nəfər xilas edilib.
İlkin məlumata görə, qayıq İtaliya istiqamətində hərəkət edirmiş.
Qayığın hansı səbəbdən batdığı hələlik açıqlanmayıb.