BAKI, 22 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsində 40 il ərzində yeni avtomobil zavodlarının tikilmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Biz 40 il avtomobil zavodu tikməmişik. İndi isə ölkəmizin tarixində heç vaxt olmadığı qədər çox avtomobil zavodu və fabrik tikirik”, - ABŞ lideri bildirib.
Tramp qeyd edib ki, Vaşinqton digər ölkələrə avtomobilləri ABŞ ərazisində istehsal etməyi təklif edir.
Onun sözlərinə görə, əks halda ABŞ-yə idxal olunan avtomobillərə 25 faizlik gömrük rüsumu tətbiq ediləcək.