BAKI, 22 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını Amerika ərazisi hesab etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“İranın nüvə silahı əldə etməsinə imkan verə bilmərik, əks halda çox xoşagəlməz nəticələrlə üzləşərsiniz. Buna görə müdaxilə etdik və onları dayandırdıq. Onların heç vaxt nüvə silahı olmayacaq”, - ABŞ lideri bildirib.
Tramp Tehranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini də iddia edib.
“Onlar razılaşma əldə etməyi çox istəyirlər. Biz isə bunu istəyib-istəmədiyimizi belə bilmirik. Çünki mən artıq Hörmüz boğazını Amerika ərazisi hesab edirəm. Bu, Amerika ərazisidir”, - Tramp deyib.