BAKI, 22 avqust. TELEQRAF

ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonda bişirilən şirniyyatların keyfiyyətindən narazı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Vens bunu avqustun 21-də doğma şəhəri Midltauna, Ohayo ştatına səfəri zamanı deyib.

Vitse-prezident doğma şəhərində çörəkbişirmə dükanlarından birinə baş çəkdiyini və orada ponçik yediyini bildirib.

“Satıcı qızlar mənə xeyli arıqladığımı söylədilər və bunun səbəbini soruşdular. Mən də cavab verdim ki, nəticədə hər şey Vaşinqtondakı şirniyyatların keyfiyyəti ilə bağlıdır”, - Vens zarafatla deyib.

ABŞ vitse-prezidenti səfər çərçivəsində vaxtilə babasının çalışdığı Ohayodakı polad zavodunda da çıxış edib.