BAKI, 22 avqust. TELEQRAF
ABŞ administrasiyası üçüncü ölkə vətəndaşı olan miqrantların Liberiyaya deportasiyası ilə bağlı razılaşma çərçivəsində bu ölkəyə 5 milyon dollar ödənilməsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Liberiya 2025-ci ilin oktyabrında ABŞ-dan deportasiya edilən üçüncü ölkə vətəndaşlarını qəbul etmək imkanını nəzərdən keçirəcəyini bildirib. Həmin ilin dekabrında Dövlət Departamenti bunun müqabilində Liberiyaya 5 milyon dollar ödənilməsini təsdiqləyib.
Sənədlərə əsasən, ayrılan vəsait ABŞ-dan deportasiya edilən miqrantların yaşayış yeri və qida ilə təmin olunmasına, həmçinin onların peşə hazırlığına sərf edilə bilər.
Daha əvvəl Liberiyanın “Spoon TV” telekanalı ölkənin informasiya, mədəniyyət və turizm naziri Cerolinmek Pia istinadən bildirib ki, Liberiya qarşıdakı bir il ərzində ABŞ-dan deportasiya ediləcək 1 200 üçüncü ölkə vətəndaşını qəbul edəcək.
Deportasiya olunan ilk qrup avqustun 20-də ABŞ-dan Liberiyaya çatıb.