BAKI, 22 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi variantların hələ də mümkün olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ-nin İrana münasibətdə iqtisadi təzyiq strategiyasına keçməsinin hərbi variantların artıq nəzərdən keçirilmədiyi anlamına gəlib-gəlmədiyi barədə suala Tramp mənfi cavab verib.

“Xeyr, qətiyyən yox”, - ABŞ lideri bildirib.

Tramp daha əvvəl İran rəhbərliyinin nümayəndələrinin həlak olmasının Vaşinqtonla Tehran arasında danışıqları çətinləşdirdiyini söyləyib.