BAKI, 22 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bal zalının tikintisinin davam etdirilməsinə icazə verən Ali Məhkəməyə təşəkkür edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Qəbul etdiyi qərara görə ABŞ Ali Məhkəməsinə minnətdarıq. Tikinti qrafiki qabaqlayır və müəyyən edilmiş büdcə çərçivəsində davam edir”, - Tramp bildirib.
Bundan əvvəl ABŞ Ali Məhkəməsi Ağ Evin şərq qanadında bal zalının tikintisinin davam etdirilməsinə müvəqqəti icazə verib.