BAKI, 20 avqust. TELEQRAF

İrana hər hansı formada dəstək göstərilməsinə imkan verən ölkələr ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.

“Bu gün həmçinin elan edirəm ki, maliyyə institutlarının, şirkətlərinin, hava limanlarının və ya dövlət qurumlarının İrana hər hansı formada dəstək göstərməsinə imkan verən istənilən ölkə özü çox ciddi iqtisadi nəticələrlə üzləşəcək”, - Tramp qeyd edib.

ABŞ Prezidenti mümkün iqtisadi tədbirlərin konkret olaraq nədən ibarət olacağını açıqlamayıb.