BAKI, 20 avqust. TELEQRAF

ABŞ administrasiyası İrana qarşı misli görünməmiş miqyasda “iqtisadi müharibə və təcrid” siyasətinə başlayır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.

“İran İslam Respublikasına razılaşma əldə etmək üçün heç kim mənim qədər imkan yaratmayıb. Təəssüf ki, onlar bu imkanlardan istifadə edə bilmədilər”, - Tramp yazıb.

ABŞ Prezidenti bununla əlaqədar Tehrana qarşı genişmiqyaslı iqtisadi tədbirlərin həyata keçiriləcəyini açıqlayıb.

“Buna görə də bu gün hansısa ölkəyə qarşı indiyədək həyata keçirilmiş ən sarsıdıcı iqtisadi əməliyyata başladığımızı elan edirəm. Bu, görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, - Tramp vurğulayıb.