BAKI, 19 avqust. TELEQRAF
ABŞ-nin Təl-Əvivdəki səfiri Mayk Hakabi "Əl-Ərəbiyyə" kanalına müsahibəsində İsrailin işğal altındakı Qərbi Şeriyadakı hərəkətlərini "terrorizm" adlandırıb.
Teleqraf xəbər verir ki, Hakabi bu açıqlamanı fələstinlilərə qarşı yeni zorakılıq dalğası fonunda verib. Səfir əvvəllər açıq şəkildə İsrailin fəaliyyətini dəstəkləyib.
Səfirin açıqlamaları İsrailə Qərb Şəriyəsində zorakılığın qarşısını almaq və məsul şəxsləri məsuliyyətə cəlb etmək üçün təzyiqi artırır.