BAKI, 19 avqust. TELEQRAF

Çeçenistanın Axmat-Yurt kəndində respublikanın ilk prezidenti Əhməd Kadırovun anadan olmasının 75-ci ildönümü münasibətilə "Ata Yolu" parkı açılıb.

Teleqraf xəbər verir ki, Çeçenistanın hazırkı başçısı Ramzan Kadırovun sözlərinə görə, atasının adına olan 4 hektarlıq park yenidən qurulub.

Kadırov Telegram kanalında yazıb: "Bura mənim üçün xüsusilə xoş xatirələr saxlayır. Uşaq vaxtı bu göldə üzməyi çox sevirdim. Əlbəttə ki, o vaxtlar indiki kimi istirahət imkanları yox idi. Buna görə də ərazinin necə dəyişdiyini və sakinləri və kəndin qonaqları üçün necə gözəl, rahat və baxımlı bir yerə çevrildiyini görmək xüsusilə sevindiricidir" .