BAKI, 19 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqları müəyyən bir məqamda"bərpa edə biləcəyini deyib.

Teleqraf xəbər verir ki, Tramp hələlik dəqiq zaman göstərməyib.

Ağ Evdə bir müxbirin ABŞ-nin Tehranla danışıqları nə vaxt bərpa etməyi planlaşdırdığı barədə sualına Tramp belə cavab verib: "Hazırda düşünürəm ki, işlər çox yaxşı gedir. Hesab edirəm ki, nə vaxtsa danışıqlar bərpa olunacaq".

Amerika lideri İranın nüvə silahı əldə etməməli olduğunu təkrarlayıb.