BAKI, 19 avqust. TELEQRAF
Rusiya ordusu Ukraynanın Jitomir vilayətindəki Polis Baş İdarəsinin binasına zərbə endirib.
Teleqraf Ukrayna mediasına istinadən xəbər verir ki, PUA ilə həyata keçirilən hücum nəticəsində iki polis əməkdaşı ölüb, azı 20 nəfər yaralanıb.
Həmçinin binanın dördüncü mərtəbəsində yanğın baş verib.