BAKI, 8 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp NATO-dan narazı olduğunu bildirib və Vaşinqtonun alyans müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün həddindən artıq böyük məbləğlər xərclədiyini qeyd edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Ankarada keçirilən NATO sammiti çərçivəsində alyansın Baş katibi Mark Ruttə ilə görüşü zamanı bildirib.

"Mən NATO-dan çox məyusam. Biz milyardlarla dollar artıq pul ödəyirik və bu, ədalətsizdir. Biz onları qoruyuruq, lakin onlar bizim üçün heç nə etmirlər", - o vurğulayıb.