BAKI, 6 iyun. TELEQRAF
Rusiya ABŞ-nin Ukrayna müharibəsinin həllinə kömək istəyini alqışlayır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin Mərkəzi Televiziyasına (CCTV) verdiyi müsahibədə bildirib.
Vaşinqtonun bu prosesdəki roluna toxunan D. Peskov deyib:
"Biz Vaşinqtonun gələcəkdə də xoş məram nümayiş etdirmək və Ukrayna ətrafındakı vəziyyətin nizamlanmasına kömək hazırlığını alqışlayırıq".