BAKI, 2 iyun. TELEQRAF
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları keçirilib.
Teleqraf xəbər verir ki, Azərbaycan millisi turnirin pley-off mərhələsinin ilk matçında Qazaxıstan yığması ilə qarşılaşıb. Görüş 3:2 hesabı ilə Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.
Millimiz növbəti turda Çexiya komandası ilə qarşılaşacaq.