BAKI, 1 iyun. TELEQRAF
"Ermənistan-Rusiya müttəfiq münasibətlərindəki böhran diplomatik "fövqəladə" addımlarla aradan qaldırılır".
Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin artıq Ermənistan rəhbərliyinin Aİ ilə yaxınlaşma addımları ilə bağlı məsləhətləşmələr aparmaq üçün Rusiya gedib.
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan isə yenidən sürətləndirilmiş prosedurla Moskvaya yola düşüb.
Məlumata görə, Rusiyanın son sərt bəyanatları və iqtisadi sanksiyalar tətbiqi, eləcə də Avrasiya İqtisadi Birliyi liderlərinin təqdim etdiyi ultimatumu nəzərə alaraq, Ermənistan hakimiyyəti Rusiya tərəfindən mümkün sərt addımlardan narahat olaraq Qurgen Arsenyanın qondarma "məzuniyyətini" təcili olaraq dayandırıb və onu "dil tapmağa" geri göndərib.