BAKI, 1 iyun. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığından sonra İsrailin Livanın paytaxtı Beyruta qoşun göndərməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" hesabında yazıb.

Tramp vurğulayıb ki, İsrail Baş naziri Binyamin Netanyahu ilə çox məhsuldar söhbətim oldu və qoşunlar Beyruta göndərilməyəcək və artıq ora gedən hər hansı bir qoşun geri qaytarılıb .

O, həmçinin yüksək vəzifəli nümayəndələr vasitəsilə Hizbullahla çox yaxşı söhbət etdiyini və İsrailin bütün atəşə tutulmasının dayandırılacağı barədə razılığa gəldikləri barədə məlumat verib.

Tramp bildirib ki, İsrail onlara hücum etməyəcək və onlar da İsrailə hücum etməyəcəklər.