BAKI, 27 may. TELEQRAF

Böyük Britaniya və Polşa arasında təhlükəsizlik və müdafiə sahəsində yeni əməkdaşlıq sazişi imzalanıb.

Teleqraf xəbər verir ki, sənədə Böyük Britaniyanın Baş naziri Keir Starmer və Polşanın Baş naziri Donald Tusk imza atıblar.

İmzalanma mərasimi "Battle of Britain Bunker" kimi tanınan Kral Hərbi Hava Qüvvələrinin yeraltı komanda məntəqəsində keçirilib.

Məlumata görə, saziş sərhəd təhlükəsizliyi, mütəşəkkil cinayətkarlıqla mübarizə, kollektiv müdafiə imkanlarının gücləndirilməsi və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi kimi istiqamətləri əhatə edir.

Tərəflər həmçinin yeni hava hücumundan müdafiə sistemlərinin birgə hazırlanması və orta mənzilli zenit-raket komplekslərinin ortaq istehsalı üzrə əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər.