BAKI, 24 may. TELEQRAF

ABŞ və İran arasında 60 günlük müddəti əhatə edən və uzadılması mümkün olan müvəqqəti anlaşma memorandumu imzalana bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı Amerika administrasiyasındakı adı açıqlanmayan nümayəndəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, sənəd müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Hörmüz boğazının ödənişsiz və sərbəst gəmiçilik üçün açıq saxlanılmasını nəzərdə tutur.

Bunun müqabilində İran boğazda təhlükəsiz gəmi hərəkətini təmin etmək məqsədilə minalardan təmizləmə işləri aparmağı öhdəsinə götürəcək.

“Axios”un məlumatına əsasən, memorandum tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqton və Tehran arasında hazırlanmış saziş layihəsinin “ümumilikdə razılaşdırıldığını” bildirmişdi.