BAKI, 24 may. TELEQRAF
ABŞ və İran arasında hazırlanan çərçivə sazişinin mətninin mayın 24-də ictimaiyyətə təqdim oluna biləcəyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər bir səhifədən ibarət çərçivə sazişi üzərində işi yekunlaşdırmağa yaxındır. Regional mənbənin sözlərinə görə, danışıqlar müsbət atmosferdə davam edir və vasitəçilər sənədin bazar günü tamamlanaraq elan ediləcəyinə ümid edirlər.
Qeyd olunur ki, çərçivə sazişi açıqlanandan bir neçə gün sonra tərəflər daha detallı yekun razılaşma üzrə yeni danışıqlara başlamağı planlaşdırırlar.