BAKI, 17 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edərək Tehranın Vaşinqtonla razılaşma əldə etmək üçün tez hərəkət etməli olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Amerika lideri qeyd edib ki, İran üçün vaxt sürətlə azalır və vəziyyət kritik həddə yaxınlaşır.

“İran üçün vaxt tükənir və onlar tez hərəkət etməyə başlasalar yaxşı olar, əks halda onlardan heç nə qalmayacaq”, - deyə Tramp yazıb.

O, həmçinin vurğulayıb ki, hazırkı vəziyyətdə zaman həlledici əhəmiyyət daşıyır.