BAKI, 16 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Amerika və Nigeriya hərbçilərinin birgə əməliyyatı nəticəsində İŞİD terror təşkilatının əsas liderlərindən birinin zərərsizləşdirildiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Amerika liderinin sözlərinə görə, əməliyyat zamanı İŞİD-in dünyada ikinci ən nüfuzlu rəhbərlərindən hesab olunan Əbu Bilal əl-Maynuki öldürülüb.

Tramp qeyd edib ki, terrorçu Afrikada gizləndiyini düşünsə də, ABŞ kəşfiyyatı onun fəaliyyəti barədə məlumatlı olub.

“Əbu Bilal əl-Maynuki artıq Afrika sakinlərini terror etməyəcək və amerikalılara qarşı əməliyyatların planlaşdırılmasında iştirak etməyəcək”, - deyə ABŞ Prezidenti vurğulayıb.