BAKI, 16 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kubanın Vaşinqtona yardım üçün müraciət edə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Amerika liderinin sözlərinə görə, Kuba rəhbərliyi yardım almaq üçün ABŞ-yə müraciət etməyə məcbur qala bilər.
“Düşünürəm ki, onlar bizə müraciət etməli olacaqlar. Onlar yardım istəyirlər, onlara kömək lazımdır”, - deyə Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl Kuba Prezidenti Migel Dias-Kanel ABŞ hökumətinin beynəlxalq humanitar yardım prinsiplərinə uyğun şəkildə dəstək göstərməyə hazır olacağı təqdirdə Havana rəhbərliyinin buna görə minnətdar olacağını açıqlamışdı.