BAKI, 15 aprel. TELEQRAF

İran hərbçiləri zərbələrdən sonra yeraltı raket bazalarının bloklanan girişlərini təmizləməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə əsasən məlumat yayıb.

Məlumata görə, xüsusi texnika dağıntılar altında qalan tunellərdən qalıqları çıxararaq yük maşınlarına yükləyir. Bildirilir ki, ABŞ və İsrail daha əvvəl Tehranı silahlara çıxışdan məhrum etmək üçün məhz bu sığınacaqların girişlərinə zərbələr endirib.

ABŞ kəşfiyyat mənbələrinin hesablamalarına görə, bir aylıq döyüşlərdən sonra İranın raket qurğularının təxminən yarısı zədələnmədən qalıb, lakin onların bir hissəsi yeraltında bloklanmış vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurasında İranın hələ də kifayət qədər silah ehtiyatına malik olduğu bildirilib.