BAKI, 9 aprel. TELEQRAF

ABŞ və İran arasında aparılan danışıqlarda problemli məsələlərin həlli üçün iki həftədən daha çox vaxt lazım ola bilər.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, iki həftə danışıqlar üçün kifayət etməyə bilər və tərəflər razılığa gələrsə, atəşkəsin uzadılması və prosesin davam etdirilməsi mümkündür.