BAKI, 4 aprel. TELEQRAF
Berlində Almaniya hökumətinin müdafiə və təhlükəsizlik siyasətinə qarşı kütləvi nümayiş keçirilir.
Teleqraf TASS-a istinadən məlumat verir ki, tədbir hər il Pasxa bayramı ərəfəsində Almaniyanın müxtəlif şəhərlərində keçirilən sülh yürüşlərinin bir hissəsidir.
Bu dinc etirazların məqsədi NATO-nun fəaliyyətlərinə, müharibələrə və silah istifadəsinə etiraz etməkdir. Fəallar Berlinin Prenzlauer Berq rayonundakı Mauerpark yaxınlığında toplaşıblar. Burada səyyar səhnə qurulub və yürüş başlamazdan əvvəl rus və alman dillərində "Günəşli Dairə" mahnısı ifa olunub.
Qeyd edək ki, Pasxa yürüşləri 1950-ci ildə Böyük Britaniyada Soyuq Müharibə dövründə nüvə silahlarının yayılmasına qarşı etiraz hərəkatı kimi yaradılıb. Almaniyada ilk belə etirazlar 1960-cı illərdə baş tutub. Müxtəlif vaxtlarda almanlar Vyetnam və Körfəz müharibələrinə, eləcə də NATO-nun Yuqoslaviyanı bombalamasına etiraz ediblər. Dəmir Pərdənin yıxılması ilə bu cür yürüşlərin Avropada populyarlığı xeyli azalıb, lakin Ukraynadakı vəziyyət nəzərə alınmaqla, yenidən aktuallaşıb.