BAKI, 4 aprel. TELEQRAF
İran tərəfindən ABŞ döyüş təyyarələrinin vurulması Tehran rəhbərliyi ilə mümkün danışıqlara təsir etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp NBC telekanalına telefonla bağlanaraq verdiyi açıqlamada bildirib.
“Xeyr, heç təsir etməyəcək. Xeyr, bu bir müharibədir. Biz müharibə vəziyyətindəyik”, - deyə Tramp vurğulayıb.
O aparılan axtarış-xilasetmə əməliyyatları ilə bağlı detalları açıqlamaqdan imtina edib.
ABŞ prezidenti İrana qarşı hücumları “intensiv və həssas hərbi əməliyyat” adlandıraraq, bəzi media qurumlarının hadisəni işıqlandırma tərzindən məyusluğunu ifadə edib.