BAKI, 4 aprel. TELEQRAF
"İslamabaddakı danışıqlardan imtina etməmişik, lakin Rəsmi Tehran müharibənin bitməsinin şərtlərindən narahatdır".
Teleqraf xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə məlumat verib.
"Səylərinə görə Pakistana çox minnətdarıq və danışıqlar üçün İslamabada getməkdən imtina etmədik. Bizə tətbiq edilən qanunsuz müharibəyə son qoymaq üçün şərtlərdən narahatıq", - deyə o, bildirib.
Əraqçinin sözlərinə görə, ABŞ mediası İranın danışıqlarla bağlı mövqeyini təhrif edir.