BAKI, 28 mart. TELEQRAF

Avropaya gedərkən qayıqda altı gün yeməksiz və susuz qalan 22 miqrantın Yunanıstan sahillərində meyitləri tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Miqrantları daşıyan qayıq 21 martda Liviyanın şərqindəki Tobruk limanından yola düşüb. Sahil mühafizəsi ölümlərə pis hava şəraiti və qidasızlığın səbəb olduğunu bildirib.

Qeyd edək ki, Yunanıstan və İtaliya Aralıq dənizindən keçən çox sayda qanunsuz miqrantların üz tutduğu ölkələrdəndir. Bura miqrantlar daha çox Türkiyə və Şimali Afrikadan gəlirlər.