BAKI, 12 mart. TELEQRAF
G7 ölkələri Yaxın Şərqdə artan münaqişə səbəbindən qlobal neft bazarındakı gərgin vəziyyətə baxmayaraq, Rusiyaya qarşı sanksiyaları ləğv etməmək qərarına gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, G7 iştirakçıları mövcud vəziyyətin Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərin yumşaldılması və ya ləğvi üçün əsas olmadığı qənaətinə gəliblər.
Daha əvvəl "Reuters" mənbələrə istinadən Tramp administrasiyasının Rusiya neftinə qarşı sanksiyaların daha da yumşaldılmasını nəzərdən keçirdiyini bildirmişdi.