BAKI, 11 mart. TELEQRAF
Qətər öz ərazisindən ABŞ-nin İrana qarşı istifadəsinə icazə verməyib.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd əl-Xulayfi "Əl-Cəzirə"yə müsahibəsində bildirib.
Qətər ABŞ-yə öz ərazisindən İrana qarşı zərbələr endirmək üçün istifadə etməyə icazə verməyib və silahlarından yalnız özünümüdafiə məqsədilə istifadə edir.
Diplomat jurnalistin İranla mövcud münaqişə zamanı Qətərin öz ərazisindən hücumlara icazə verib-verməməsi ilə bağlı sualına cavab olaraq bildirib: "Xeyr. Qətərin bu məsələ ilə bağlı çox aydın mövqeyi var. Qətər heç vaxt qonşu dövlətə hücum etməyib və etməyəcək. Bizim üçün bu, prinsip məsələsidir".