BAKI, 11 mart. TELEQRAF

Prezident Donald Tramp İrandakı məktəbə raket hücumunda ABŞ ordusunun məsuliyyət daşımasına dair Pentaqonun ilkin araşdırmasının nəticələrindən xəbərsiz olduğunu bildirib.

Teleqraf xəbər verir ki, jurnalistlər Trampdan baş komandan kimi hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb-götürməyəcəyini soruşublar. O, cavabında deyib: "Mən bu barədə məlumatlı deyiləm".

Daha əvvəl "The New York Times" qəzeti Pentaqonun araşdırmasının ilkin nəticələrinə istinad edərək ABŞ-nin İranın Minab şəhərindəki məktəbə hücuma görə məsuliyyət daşıdığını yazıb. Məlumata görə, məktəbə "Tomahavk"dan raketin tuşlanması ABŞ Hərbi Kəşfiyyat Agentliyinin (DİA) təqdim etdiyi köhnəlmiş informasiya səbəbindən baş verib.