BAKI, 2 mart. TELEQRAF

İran ərazisinə ilk zərbəni ABŞ kəşfiyyat məlumatlarından istifadə edən İsrail ordusu endirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib.

"Bu, İsrail Müdafiə Ordusu tərəfindən həyata keçirilən və ABŞ kəşfiyyat birliyi tərəfindən dəstəklənən tətikləyici hadisəyə əsaslanan, günün işıqlı vaxtı reallaşdırılmış bir hücum idi", - o qeyd edib.

Pentaqon rəsmisi əməliyyatın ilk zərbələrində 100-dən çox hərbi təyyarənin iştirak etdiyini vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.