BAKI, 14 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin baş verməsini hadisələrin ən yaxşı inkişaf variantı hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Şimali Karolina ştatındakı Fort-Breqq hərbi bazasında çıxış etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistlərin İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışıb-çalışmadığı ilə bağlı sualını cavablandırarkən Tramp belə deyib: “Hazırda görünür ki, baş verə biləcək ən yaxşı variant budur”.